Məktəbi bitirdikdən sonra diplom verilir? Bəli, tədris planının 80% -ni müvəffəqiyyətlə başa vuran tələbələrə (praktik işləmələr və qiymətləndirmələrdə iştirak etməklə) kursu bitirdikdən sonra diplom təqdim edilir. Diplomun təqdimatı peşəkar mühit üçün mütəxəssis kimi keyfiyyətinizin təminatıdır.
Təhsil aldığımız müddətdə portfoliomuz yaranır? Bəli. Biz həvəslə sizin porfolinonuzun yaranmasına yardımçı oluruq. Oxuduğunuz müddətdə hazırladığınız bütün materiallar sizin portfolionuzda toplanır. Bununla da gələcəkdə iş həyatına atılarkən bir addım irəlidə olmuş olursunuz.
Hansı tədris sahələrində dərslər real layihələr üzərindən aparılacaq? Məktəbimizdə tədris olunan bütün sahələr real layihələr üzərindən aparılır. Belə ki, 3-4 aydan sonra siz proqramlarda sərbəst işləmək qabiliyyətini qazanırsınız. Sonrakı dərslər müəllimlərimizin rəhbərliyi ilə real layihələr üzərində aparılır.
Mənim heç bir sahədə proqram biliyim yoxdur. Bu mənə gələcək təhsilimdə maneçilik törədə bilərmi? Xeyr, məktəbə yazılmaq üçün heç bir proqram biliyinə ehtiyacınız yoxdur. Siz məktəbimizdə sıfırdan seçdiyiniz proqramlarda işləməyi öyrənə bilərsiniz.
Buraxılan dərsi necə bərpa edə bilərəm? Hər bir dərsdən sonra şagirdlərə keçmiş dərsin materialları verilir. Limiti keçməmək şərti ilə bir dərs buraxdığınız təqdirdə müəlliminizdən onlayn olaraq məlumat ala bilərsiniz. Bundan əlavə tədrisdən geri qalmamağınız üçün ekstra dərslər təşkil edilir. Lakin, biliklərə daha mükəmməl yiyələnmək üçün dərslərin buraxılmaması məqsədəuyğundur.
Məktəbinizə qəbul imtahan əsasında keçirilir yoxsa istənilən şəxs qəbul ola bilər? İstənilən şəxs seçim etdiyi istiqamətdən asılı olaraq imtahansız məktəbimizə qoşula bilər. Məktəbimizdə mövcud sahələrə həvəsi olan hər bir şəxs üçün şərait yaradılır.
Məktəbi bitirdikdən sonra işlə təmin olunmağa kömək edirsinizmi ? Bəli, elə bizim fərqimiz ondan ibarətdir ki, ADAS əmək bazarına öz töhfəsini vermək məqsədinə doğru gedir. Bu yaxınlarda ADAS ilə Webcoder və Hostimul şirkətləri arasında əməkdaşlıq üzrə memorandum imzalanıb və təbii ki, bizim tələbələrimiz bu şirkətlərdə təcrübədən keçmək şansını qazanacaqlar. Tədris ilini müfəffəqiyyətlə bitirən tələbələrin də işlə təminatında ADAS yardımçı olacaqdır.
Sizin digər kurslardan fərqiniz nədədir? Azərbaycan Rəqəmsal Sənət Məktəbi / Azərbaijan Digital Arts School (ADAS) ölkəmizdə XXI əsr dizayn, proqramlaşdırma və 2D animasiyanın tədrisində yeni model məktəbdir. ADAS-ın ən böyük fərqi kurs olmamağıdır. Bizim tədris ocağımızda tələbələr üçün çox sərbəst ortam yaradılıb. Biz eləcə də məktəbimizi yüksək nəticə ilə bitirən tələbələrimizi işlə təmin edirik.
Hər qrupda iştirak edə biləcək tələbə sayı nə qədərdir? Məktəbimizdə Qrafik Dizayn, proqramlaşdırma, 2D animasiya və Veb Dizayn üzrə qrupda iştirak edə biləcək tələbələrin minimal sayı 10 nəfər, maksimal sayı isə 16 nəfər təşkil edir.
Eyni anda fərqli fakültələrdə təhsil almaq mümkündür ? Bəli, dərs cədvəlindən asılı olaraq fərqli fakültələrdə təhsil ala bilərsiniz. Proqramdan asılı olaraq hər dərsin müddəti 1.5-2 saat təşkil edir.
Siz tələbələrinizi kompüterlər ilə təchiz edirsiniz? Bəli. Bütün siniflər məktəb tərəfindən kompüterlər ilə təmin edilir. Kompüterinizə ev tapşırığı üçün yalnız məktəbdən kənar ehtiyac duyacaqsınız.
Full stack kursunun müddəti nə qədərdir,? Full stack üçün ümumi tədris müddəti 8 ay təşkil edir. Full stack – Front end və Back end hissələrindən ibarətdir. Full stack developerlər hər iki sahəni işləyə bilən proqramçılardır.
Təhsil hansı yaş qrupları üzrə aparılır? Yaş qruplarımız 2 yerə bölünür: 12 – 16 yaş arası və 16 +. Lakin, bu sahələrə marağı olan hər kəs rəsmi saytımızda qeydiyyatdan keçə bilər. Biz həvəsi olan və inkişaf etməyi hədəf seçən hər kəsi öyrətməyə hazırıq.
Front end və Back end arasındakı fərqlər nələrdir ? Front end – səhifənin veb görünüşünün kodlaşdırılmasıdır. Dizayn hazır olduqdan sonra fayl şəklində front-end proqramçıya ötürülür. O, səhifədə dinamaklik yaradır, məzmun müxtəlif effektlər ilə dəstəklənir. Back end isə səhifənin arxada çalışan əsas funksionallığının kodlaşdırılmasıdır. O, qeyd edilən səhifələr, menyular ve digər komponentlərə uyğun məlumat bazasını yaradır, ardından veb səhifənin alqoritmik tərəfini inşa edir.
Məktəbi bitirdikdən sonra hansı sahədə iş tapa bilərik? Günümüzdə qrafik dizaynerlər, proqramçılar, 2D animatorlar bir çox sahələrdə işləyirlər. Bu sahələr arasında, Reklam agentlikləri, Moda sənayesi sahəsi; İnternet və proqram təminatı kampaniyaları; Televizya studiyaları və video kampaniyalar; Korporativ brendinq və konsultasiya kompaniyaları; Nəşriyyat evləri, mətbəələri və s. yer almaqdadır.
Təhsil müddəti 8 aydır. Bu müddət tədris etdiyiniz sahələri öyrənmək üçün yetərlidir? Bəli, yetərlidir. Əgər tələbə heç bir dərsi buraxmadan iştirak edirsə və tapşırıqları yerinə yetirərsə seçdiyi sahəyə “atıla” bilər. Çünki, məktəbimizdə tədris olunan sahələr tamamilə təcrübəyə bağlı olduğuna görə biz təcrübi biliklər veririk.
Dizayn, proqramlaşdırma, veb dizayn və animasiya üzrə hansı proqramları keçirilir ? Qrafik dizayn üzrə: Qrafik dizaynın əsasları, İllüstrasiyanın əsasları, Adobe Photoshop, Adobe İndesign, Adobe İllustrator proqramları Veb proqramlaşdırma üzrə: front-end və back-end proqramlaşdırma Veb dizayn üzrə: veb dizaynın əsasları, saytların hazırlanması UI/UX dizayn və Adobe Photoshop CC proqram təminatı 2D Animasiya üzrə: personajların hazırlanması və 2 D animasiyanın düzgün yaradılması qaydası, Moho və Krita proqramları
Fərdi dərslərə yazıla bilərəm? Bəli, yazıla bilərsiniz. Biz müraciət edən şəxsin bacarıqlarını və öyrənmək istədiyi müddəti nəzərə almaqla ona uyğun dərs cədvəli qurur, həmçinin seçdiyi müəllimlə fərdi şəkildə dərslər təşkil edirik.
Məktəbinizdə yeniyetmələr üçün qruplar mövcuddur? Bəli. Tədris etdiyimiz sahələrin günümüzün tələblərinə cavab verdiyini bilirik. Bu sahələrə marağın artıq kiçik yaşlardan yarandığını nəzərə alaraq yeniyetmələr üçün qruplar təşkil etmişik.
Məktəbinizdə distant təhsil ala bilərəm? Hal-hazırda xeyr. Lakin, günümüzün tələblərini nəzərə alaraq gələcəkdə distant təhsil metodunun istifadə edilməsini planlaşdırırıq.
Məktəbinizə gələrək daha yaxından tanış ola bilərəm? Bəli, həftənin 5 günü saat 10:00-dan 19:00-dək qapılarımız qonaqlarımız üçün açıqdır. Məktəbimizə gələrək burada tələbələr üçün yaradılmış şərait, abu hava, həmçinin tədris strukturu, müəllimlərimiz ilə yaxından tanış ola və bir dərsdə pulsuz iştirak edə bilərsiniz. Bundan başqa məktəbimizdə müntəzəm olaraq “Açıq qapı” günləri keçirilir. Sizi görməyə sevinərik!
Rəssamlıq qabiliyyətim olmasa da 2D animasiya dərslərinə gələ bilərəm? Bəli, gələ bilərsiniz. 2D animasiya dərslərində sizə animator olmaq üçün lazımi biliklər tədris olunur. Rəssamlıq bacarıqları animator üçün arzuolunan olsa da vacib deyildir. Bizdə rəsm çəkmək bacarıqları olmayan uğurlu animatorların nümunələri çoxdur.
Dərs cədvəli haqqında məlumat verə bilərsiniz? Məktəbimiz həftə içi saat 10:00-dan 21:00-dək açıqdır. Dərslərimiz I, III və V-ci günlər, saat 19:00-da başlayır. Hər VI gün müxtəlif mövzularda seminarlar təşkil olunur. Həmçinin dərs qrafikini +994 12 408 54 34 nömrəsinə zəng etməklə də dəqiqləşdirə bilərsiniz.