Qrafik dizaynerlər vaxtının çoxunu işlərinə ayırırlar bunun nəticəsində özlərinə az vaxt qalır. İstifadə edəcəkləri rəngləri, tonları, cizgilərin millimetrini hesablayıb sabahları haqqında demək olar ki fikirləşmirlər. Xətalar, düzgün rəngin seçilməməsi, keyfiyyətsiz çap... bu sıranı çox uzatmaq olar. Bu yanlışlar bu sahədə çalışan hər kəsin başına gələn xətalardır. Bu xətalar öyrənmək istəyən hər kəs üçün dərs olmalıdır. Unutmaq olmaz ki, qrafik dizayn sahəsi özünü inkişaf etdirməyi tələb edən sahədir. Inkişaf isə insanın özündən başlayır. Sadaladığımız səhvlər düzəldilə bilir. Lakin elə yanlışlar var ki onlar özlərini müəyyən vaxt ərzində birdən-birə büruzə verirlər. Belə xətalar əslində göz qabağında olur, adət halına gəldiyi üçün onları görmək vaxt tələb edir. Gəlin o xətalarla tanış olaq və həll yollarını öyrənək: İş həyatında plansız hərəkət “10 il sonra özünüzü harada görürsünüz?” sualı iş görüşməsində ən çox verilən suallardan biridir. Bu sual insanı bir az qıcıqlandırır. Lakin bu sualı öz-özünə verdikdə daha mənalı olur. Çünki bu suallın hədəfi iş həyatımıza aid arzularımız, xəyallarımız, məqsədlərimizdir. İş həyatımızda plan və ya hədəf düşünərkən mütləq olaraq gələcəyi unutmaq yolverilməzdir. Planlar günün və ya zamanın axarına uymalıdır. Əks halda bu xoş hadisələrlə bitməz. Yeniliklərdən imtina etmək Hər halda qrafik dizaynerlər üçün iş həyatında edə biləcəyi ən böyük xətalardan biri yeniliklərdən imtina etməkdir. “Əlim buna öyrəşib” bəhanələrdən ən məşhurudur. Bəli, düzdür yenilikləri öyrənmək bir az vaxt alan prosesdir. Amma əmin olun ki istifadə etdiyiniz proqramlardakı yeniliklərə də tezliklə öyrəşəcəksiniz. Qrafik dizayn yeniliklərin və inkişafın ən çox olduğu sahədir. Özünü inkişaf etdirmək zamanın texnologiyaları ilə ayaqlaşaraq sektorda daha asan irəliləyə bilərsiniz. Tənqidləri qulaq ardı etmək Qrafik dizayn başda müştərilər olmaqla hər kəsin fikir sahibi ola biləcəyi bir sahədir. Bu can sıxan situasiya insana bir müddət sonra qulaq asmamağa sövq edir. Lakin söz xətrinə deyilən sözlərin arasında bəzən sizin işinizə yarayacaq və doğru tənqidlər də olur. Məsələn: “Bəyənmədim”, “Loqonu bir az böyüt” , “elə et ki, яркий görünsün ” kimi boş-boş tənqidlər söz demək xətrinə deyilir. Lakin “ yazıları oxumaqda çətinlik çəkirəm”, “İstifadə etdiyin rənglər bizim korporativ stilimizə uyğun deyil” kimi sözləri eşitmək və nəzərə almaq lazımdır. Sektoru tanımamaq “Mən işimi görürəm” deyib başınızı aşağı salıb işinizi görmək bir müddət sonra sizə mane olacaq. Sektorun yeniliklərindən xəbərdar olmaq müştərilərlə maaş və qiymətlər danışarkən sizə yardım edəcək. İşə həvəssiz yanaşmaq Qrafik dizayn sahəsində qalmaq bir az şans bir az zəhmət istəyir. İşlədiyiniz yerdən bəlkə də razı deyilsiniz yada maaşınız sizə az gələ bilər. Lakin nə olursa olsun çəkdiyiniz hər dizayn sizin imzanızın daşıyıcısıdır. Daha fərqli, daha yaradıcı olmağa ,özünüzü kəşf etməyə başlamaq sizə karyera tərəfdən çox kömək edəcək. Paylaş Şərhlər : A PHP Error was encountered Severity: Warning Message: count(): Parameter must be an array or an object that implements Countable Filename: templates_c/b2093139b3e7d73a330045f8a7dde38fde11d3ab_0.file.blog_more.tpl.php Line Number: 92 Backtrace: File: /home3/adas8287/public_html/templates_c/b2093139b3e7d73a330045f8a7dde38fde11d3ab_0.file.blog_more.tpl.php Line: 92 Function: _error_handler File: /home3/adas8287/public_html/templates_c/2cf3d6263f9ffc80356c3ab9554483f83d02dd65_0.file.default.tpl.php Line: 32 Function: instanceBlock File: /home3/adas8287/public_html/templates_c/b2093139b3e7d73a330045f8a7dde38fde11d3ab_0.file.blog_more.tpl.php Line: 31 Function: _subTemplateRender File: /home3/adas8287/public_html/application/core/Webcoder_Controller.php Line: 111 Function: view File: /home3/adas8287/public_html/application/core/Site_Controller.php Line: 80 Function: render File: /home3/adas8287/public_html/application/controllers/Blog.php Line: 460 Function: render File: /home3/adas8287/public_html/index.php Line: 316 Function: require_once 0 Şərhlər : A PHP Error was encountered Severity: Warning Message: count(): Parameter must be an array or an object that implements Countable Filename: templates_c/b2093139b3e7d73a330045f8a7dde38fde11d3ab_0.file.blog_more.tpl.php Line Number: 97 Backtrace: File: /home3/adas8287/public_html/templates_c/b2093139b3e7d73a330045f8a7dde38fde11d3ab_0.file.blog_more.tpl.php Line: 97 Function: _error_handler File: /home3/adas8287/public_html/templates_c/2cf3d6263f9ffc80356c3ab9554483f83d02dd65_0.file.default.tpl.php Line: 32 Function: instanceBlock File: /home3/adas8287/public_html/templates_c/b2093139b3e7d73a330045f8a7dde38fde11d3ab_0.file.blog_more.tpl.php Line: 31 Function: _subTemplateRender File: /home3/adas8287/public_html/application/core/Webcoder_Controller.php Line: 111 Function: view File: /home3/adas8287/public_html/application/core/Site_Controller.php Line: 80 Function: render File: /home3/adas8287/public_html/application/controllers/Blog.php Line: 460 Function: render File: /home3/adas8287/public_html/index.php Line: 316 Function: require_once 0 Hərf sayı : Göndər