Dünyanın ilk proqramçısı Ada Lovelace

İngilis riyaziyyatçı, mühəndis və proqramlaşdıra bilən ilk kompüteri icad edən Charles Babbage bəzi insanlar tərəfindən ilk proqramçı olaraq tanınır. Əslində isə bu yanlış bilgidir. Dünyanın ilk proqramçısı Ada Lovelace olmuşdur. Gəlin onu yaxından tanıyaq: 
Əsl adı Augusta Ada Byron olan, kütlə tərəfindən isə Ada Lovelace kimi tanınan bu qadın 10 dekabr 1815-ci ildə Londonda anadan olmuşdur. Kiçik yaşlarında o anası tərəfindən riyaziyyat və məntiq fənlərinə yönləndirilmişdi.8 yaşında şiddətli baş ağrılarından əziyyət çəkməyə bağlamışdır.  ağrılar hətta onun xarici görünüşünə bilə təsir etmişdir. Buda azmış kimi balaca qız 1829-cu ildə qızılca xəstəliyinə yoluxmuş sonra isə iflic olaraq 1 il yataq xəstəsi olmuşdur. Həkimlərin bilə ümidini kəsdiyi qızcığaz heç vaxt həvəsdən düşməmiş riyaziyyata marağı günü-gündən artmışdır.
19-cu əsrin ən məşhur elm alimlərindən olar William Frend, William King, Mary Somerville, Augustus De Morgan kimi müəllimlərdən dərs almışdır. Yaşadığı dövrdə İngiltərədə qadınların elmi müzakirələrdə iştirakı qadağa olduğu üçün o məqalələrində cinsiyyəti məlum olmasın deyə A.B.B imzasından istifadə edirdi. O həmdə bu imza ilə elmi araşdırmalar haqqında məqalə yazan ilk qadın olaraq tarixə keçmişdir.1835-ci ildə Baron William ilə ailə quran və 3 uşaq anası olan Adanın elm sahəsinə marağı daha da artmışdır.
Həyatının ən uğurlu məqamı isə 1842-ci ildə Cambridge universitetinin alimi Charles Babbage ilə tanışlığı olmuşdur.
Babbage Adanın fransızcadan tərcümə etdiyi elmi məqalələri çox bəyənmiş, ondan öz məqalələrini də buraya əlavə etməsini istəmişdi. Amma  Adanın özünün yazdığı məqalə tərcümə etdiyi məqalədən 3 dəfə çox idi. Bu məqalə riyazi hesablamalardan bəhs edirdi, o məqalə indiki proqramlaşdırmanın təməli sayılır.
Ada Lovelace 27 noyabr 1852-ci ildə xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişmişdir.

Paylaş

Şərhlər : 0

Şərhlər : 0

Hərf sayı :
Dek 17, 2018

3D DİZAYNER KİMDİR VƏ NƏ İŞ GÖRÜR?

Digər məqalələr