"UI və UX” ifadəsi tez-tez birlikdə istifadə edilməsinə baxmayaraq, onlar həqiqətən iki müxtəlif sahədir. Həm UX həm də UI baxımından çox geridə olan ölkəmizdə, təəssüf ki, bu işi peşəkar edənlər hətta özləri arasında fərqini bilmirlər. Ölkəmizdə UXD (User Experience Designer) və ya UİD (User Interface Designer) ilə tanış olmaq çox çətindir. Azərbaycanda əksər insanların cv-lərində "UI / UX" yazılır. Bunun bir səbəbi onların aralarındakı fərqin məlum olmamasıdır. Qısaca; UI interfeys dizayn deməkdir. Məsələn televizor pultunun yuxarıdakı düymələri interfeys dizaynın nümunəsidir. Dizaynerin qərarlarının nəticəsi olaraq düymələrin yeri, ölçüsü və rəngləri və s. tərtib olunur. Günümüzdə, internet saytlarına, mobil tətbiqlərə ehtiyac və tələb artdıqca, əvvəllər önəmli olmayan interfeys dizaynı getdikcə daha vacib olur və zamanın ən gəlirli sahələrindən biri olmağa doğru gedir. Sadə və istifadə edilə bilən bir interfeys indi istifadəçilərə sayta asanlıqla daxil olub və orada çoxlu zaman keçirmələri üçün şərtdir. Əgər saytın interfeys dizaynına deyil kontentinə önəm versəniz istifadəçiləri saytda saxlamaq cəhdiniz yenə də boşa çıxacaq. Saytınız istifadəyə yararlı, funksional olması istifadəçinin saytda qədər zaman keçirəcəyinə birbaşa təsir edən əsas amildir. UX tamamilə fərqli bir hadisədir. Belə ki, UX dizaynerinin dizayn mənşəli olmasına belə ehtiyac yoxdur. Çünki UX necə göründüyü deyil daha çox necə hiss etdirməsindən asılıdır. UX-in məqsədi sadə, rahat və asan bir şəkildə hər hansı xidmətdən istifadənizi təmin etməkdir. Bunu edərkən, qrafik dizayn mühüm amildir, lakin tək amil deyil. UX informasiya memarlığı, qarşılıqlı dizayn, istifadəçi testləri, mövcudluq və məzmun strategiyası əsasda işləməlidir. Bundan əlavə, psixologiya, antropologiya və sosiologiya bilikləri UX dizayner üçün böyük üstünlükdür. UX çox geniş sahədir. Belə ki, UX dizaynerləri yalnız istifadəçinin saytdan rahat istifadəsini təmin etməklə kifayətlənmir. Bir məhsulun satışından qapıya çatdırılma xidmətə kimi bütün prosesi əhatələyir. Unutmaq olmaz ki, veb sayt şirkətinizin rəqəmsal dünyadakı simasıdır. Paylaş Şərhlər : 0 Şərhlər : 0 Hərf sayı : Göndər