Qrafik dizayn tarixi

Qrafik dizayn anlayışı ilk dəfə 1922-ci ildə William Addison Dwiggins-a aiddir. Lakin qrafik dizaynın kökləri daha dərindədir. Lascaux mağaralarında, Romanın Tirajın sütununda, Orta əsrlər əlyazmalarında, Tokionun neon işıqlarına qədər insan mövcudluğunun köklərində bunu izləmək mümkündür. Misir heroqlifləri ilə yazılmış ilk reklam mətnlərində, Çinin ipək ticarətində, 500-cü ildən 1450-ci ilə qədər yəni ilk kitab çapına qədər “Qaranlıq dövr” -ün keşişləri tərəfindən hazırlanmış əlyazmalarda qrafik dizaynın elementləri yer almışdır.

Kitab çapının ixtira edilməsi ilə müxtəlif yeni yazı tipləri və kompozisiyalarda qrafik dizayn sahəsi inkişaf etmişdir.

XIX  əsrin sonlarında xüsusilə Böyük Britaniyada bədii dizaynın ilk rəsmi nəşri ilə, qrafika dizaynının incəsənətdən ayrılmasını qeyd edildi.

XIX əsrdə sənaye inqilabı yeni texnologiya və ticarət imkanları yaratdı və nəhayət, XIX əsrin sonu XX əsrin əvvəllərində reklam agentlikləri, kitab naşirləri və jurnallar məzmuna uyğun bir ifadə yaratmaq üçün ünsiyyətin bütün vizual elementlərini çatdıra bilən qrafik dizaynerlərlə işləməyə başladılar.  XX əsrdə bədii və kommersiya imkanlarının mümkünlüyü, dizaynerlər üçün mövcud olan texnologiya qrafik dizayn sahəsini daha da inkişaf etdirdi.

Qrafik dizayn nədir?

Qrafik dizayn, mesajı müəyyən kütləyə çatdırmaq üçün mətbəə, fotoqrafiya və illüstrasiyalardan istifadə edərək vizual məlumatın çatdırılması üsuludur. "Qrafik dizayn"  vizual kommunikasiya termini ilə bəzən sinonim olaraq istifadə olunur. Qrafik dizayn ən qısa təriflə hər hansı təsvirin özünəməxsus tərzdə təqdim olunmuş halıdır.

Hər bir dizayn özlüyündə bir struktura və struktur arxasındakı bir planlamaya sahibdir. İncəsənətin təməlində əslində bir dizayn faktı vardır. Dizayn sahəsi öz arasında iki qrupa bölünür.

  • Sənaye dizaynı
  • Qrafik dizayn

Sənaye dizaynı bir əşyanın estetik olaraq görüntüsüdür. Bunlar tibbi alətlərdən saatlar, zinət əşyaları və digər lüks əşyalardan ev əşyalarına qədər hər cür əl istehsalı məhsullara tətbiq oluna bilər.

Qrafik dizayn məhsulu təsəvvür etdiyimiz bir məhsulu kompüter mühitində müxtəlif proqramlardan faydalanaraq çəkdiyimiz, meydana gətirdiyimiz dizayndır. Çünki qrafik dizayn yalnız texnoloji mühitdə yaradıla bilən bir məhsuldur.  Afişa, kitab, xəbərdarlıq işarələri, elanlar və s. kimi çap məhsulları qrafik dizayn anlamı içərisində yer alır.

Dizayn etmək üçün təkcə kompüter texnologiyasını bilmək kifayət deyildir.  Qrafik dizayn üçün xəyal gücü, rəng bilgisi də önəmli diqqət yetirilməsi gərəkli faktorlardır. Məsələn, bir meyvəni tərz vermək üçün ilk öncə onun real şəkli haqqında fikir sahibi olmaq gərəklidir. Yeni öncə meyvənin şəklini yaratmadan onun fərqli formalarda dizayn etmək çətinlik yaradar. Belə ki, meyvədən başqa əşya istifadə etmədən müxtəlif ölçüdə və formada dizayn nümunələri meydana gətirmək olar. Burada əsas silah rəng harmoniyası və xəyal gücü ilə işləməkdir. Qrafik dizaynda bunlar təməl anlayışlardır. Yəni hər hansı cismi fərqli formalarda düşünmək, fərqli dizaynda formalaşdırmaq tamamilə təsəvvür gücünüz ilə əlaqəlidir.

Eyni zamanda qrafik dizayner yaratdığı məhsulun çatdırılacağı auditoriyanı da nəzərə almalıdır. Nəyin hansı qiymətə satıla biləcəyini, kimlər üçün nəzərdə tutulduğunu, hansı məqsədlə hazırlandığını və s. bilməlidir.  Firmanın rəqabət etdiyi firmaların nə etdiyini və nə istehsal etdiyini diqqətə almalıdır. İnsan əlaqələri də işin önəmli hissələrindən biridir. Yəni bəzi sahələrdə yaxşı bir dizayner olmaqla yanaşı müşahidəçi olmaq da önəmlidir. Çünki bütün bu nüanslar nəzərə alındıqda fərqli bir məhsulun ortaya çıxması qarantidir.

Qrafik dizaynın tətbiq sahələri

Qrafik dizayn tamamilə təcrübəyə bağlıdır.  Dizaynı anlamaq üçün təhsil əlbəttə ki, şərtdir. Lakin, zaman ilə qazanılan təcrübələrə əsaslanır.

Günümüzdə Qrafik dizaynerlər bir çox sahələrdə işləyirlər, lakin bəzi sahələrin inkişafında qrafik dizaynerlərin rolu əvəzedilmədir. 

Bu sahələr arasında, Reklam agentlikləri; Moda sənayesi sahəsi; İnternet və proqram təminatı kampaniyaları; Televiziya studiyaları və video kompaniyalar; Korporativ brendinq və konsultasiya kompaniyaları; Nəşriyyat evləri, mətbəələri və s. yer almaqdadır.

Burada da göründüyü kimi reklam sektoru geniş yer tutmaqdadır.

Bu günə qədər ən çox reklama bağlı olan bu sahə elmi və texnoloji inkişafa paralel olaraq bir qrup Art direktor, Qrafik dizayner kompüter operatoru kimi alt peşələri ayırmışdır.

 

 

Paylaş

Şərhlər :

A PHP Error was encountered

Severity: Warning

Message: count(): Parameter must be an array or an object that implements Countable

Filename: templates_c/b2093139b3e7d73a330045f8a7dde38fde11d3ab_0.file.blog_more.tpl.php

Line Number: 92

Backtrace:

File: /home3/adas8287/public_html/templates_c/b2093139b3e7d73a330045f8a7dde38fde11d3ab_0.file.blog_more.tpl.php
Line: 92
Function: _error_handler

File: /home3/adas8287/public_html/templates_c/2cf3d6263f9ffc80356c3ab9554483f83d02dd65_0.file.default.tpl.php
Line: 32
Function: instanceBlock

File: /home3/adas8287/public_html/templates_c/b2093139b3e7d73a330045f8a7dde38fde11d3ab_0.file.blog_more.tpl.php
Line: 31
Function: _subTemplateRender

File: /home3/adas8287/public_html/application/core/Webcoder_Controller.php
Line: 111
Function: view

File: /home3/adas8287/public_html/application/core/Site_Controller.php
Line: 80
Function: render

File: /home3/adas8287/public_html/application/controllers/Blog.php
Line: 460
Function: render

File: /home3/adas8287/public_html/index.php
Line: 316
Function: require_once

0

Şərhlər :

A PHP Error was encountered

Severity: Warning

Message: count(): Parameter must be an array or an object that implements Countable

Filename: templates_c/b2093139b3e7d73a330045f8a7dde38fde11d3ab_0.file.blog_more.tpl.php

Line Number: 97

Backtrace:

File: /home3/adas8287/public_html/templates_c/b2093139b3e7d73a330045f8a7dde38fde11d3ab_0.file.blog_more.tpl.php
Line: 97
Function: _error_handler

File: /home3/adas8287/public_html/templates_c/2cf3d6263f9ffc80356c3ab9554483f83d02dd65_0.file.default.tpl.php
Line: 32
Function: instanceBlock

File: /home3/adas8287/public_html/templates_c/b2093139b3e7d73a330045f8a7dde38fde11d3ab_0.file.blog_more.tpl.php
Line: 31
Function: _subTemplateRender

File: /home3/adas8287/public_html/application/core/Webcoder_Controller.php
Line: 111
Function: view

File: /home3/adas8287/public_html/application/core/Site_Controller.php
Line: 80
Function: render

File: /home3/adas8287/public_html/application/controllers/Blog.php
Line: 460
Function: render

File: /home3/adas8287/public_html/index.php
Line: 316
Function: require_once

0

Hərf sayı :
Dek 17, 2018

3D DİZAYNER KİMDİR VƏ NƏ İŞ GÖRÜR?

Digər məqalələr