Qrafik Dizayn kursu

Qrafik dizayn vizual ünsiyyət sənətidir. İnsanlara ən doğru mesajı ən qısa zamanda və ən qalıcı şəkildə vermənin yolu qrafik dizayndan keçir. Qrafik dizayn kursu müasir rəqəmsal dünyada ünsiyyət üçün istifadə etdiyimiz kanallardakı materialların dizaynı üçün verilən bir təlimdir. Dizayn dilini öyrənmək və bu bilikləri öz təxəyyülü ilə birləşdirmək istəyən başlanğıc səviyyəli kompüter biliyi olan hər kəs qrafik dizayn kursuna qoşula bilər. İştirakçılar hazırda bazarda istifadə olunan qrafik dizayn proqramlarından istifadə etməyi öyrənir və bu proqramlarda sıfırdan korporativ şəxsiyyət və ya rəqəmsal dizayn elementlərini hazırlamağı öyrənirlər.

 

Dizayn kursunda nə öyrədilir?

Qrafik dizayn təhsilinin məzmununda; sosial media kanallarında korporativ şəxsiyyət dizaynı, poster, loqo dizaynı, vizit kartları, kataloqlar, qəbzlər, fakturalar, jurnallar, qəzetlər, qablaşdırma dizaynı və dəstlərin dizaynı kimi elementlərin dizaynı öyrədilir.

 

Qrafik dizayn kursunda ixtisaslaşmaq istəyən və reklam, dizayn, tanıtım və marketinq sahələrində peşəkar xidmət göstərmək istəyən hər kəs bu kursumuzdan yararlana bilər.

 

Hansı dizayn proqramlarını öyrənəcəyik?

Qrafik dizayn kursumuzda Adobe Photoshop, Adobe İllustratorAdobe İndesign proqramlarını A-dan Z-yə kimi öyrənəcəyik. Qeyd edək ki, dizayn kursumuz real praktiki işlər üzərində öyrədilir. Kursu yüksək səviyyəli peşəkar müəllimlər tədris edir.

 

Tədrisin sonunda tələbələr sertifikatla təmin olunur

Praktika keçən tələbələr real layihələr üzərində işləyirlər.

 

Tədris proqramı 4 ayı əhatə edir. Dərslər həftədə 3 dəfə 2 saat olmaqla keçirilir.

Qiyməti:  350 AZN

 

İstədiyiniz peşəyə sahib olmağa 1 addım!

Tədris olunur:

İLLÜSTRASİYA

Soft

QRAFİK DİZAYNIN ƏSASLARI