UX/UI-dizaynı bir-biri ilə sıx bağlıdır, ikincisi məntiqi olaraq birincini tamamlayır və adətən bu iki iş eyni şəxs tərəfindən icra olunur. UX (User Experience)- dizaynı istifadəçi təcrübəsi dizaynıdır. Bu, məhsul yaratmaqda ilk addımlardan biridir və tətbiqi məntiqli, rahat və faydalı hala gətirməyə xidmət edir. Mobil tətbiq və saytların UX dizaynı, istifadəçilərin istifadədən hansı təəssüratlar aldığını, bu məhsullardan necə istifadə edəcəyini müəyyənləşdirir. UI (User İnterface)- istifadəçi interfeysi dizaynı UX dizaynın vizual təcəssümüdür. Onun vəzifəsi müəyyən bir qrafik həlli, veb-sayt və ya digər məhsulu intuitiv, cəlbedici və istifadəyə asan hala gətirməkdir. Tədris saatı 40 saat