Dizayn proqramları rəqəmsal aləmdə rəsm çəkməyimizi, dizayn məhsulları yaratmağımıza imkan verir. Bu proqramlar vasitəsilə reklam billboard-larında, avtobus dayanacaqlarındakı elanlar və s. hazırlanır və bizə təqdim olunur. Real həyatda hazırlanan rəsmlərin necə yarandığını demək olar ki, hamı bilir. Lakin, kompüter mühitində hazırlanan dizayn məhsullarının necə yaradıldığı haqqında hər kəs bilgi sahibi deyil. Rəqəmsal mühitdə qrafik dizayner olmaq üçün zövq və tələb olunan kompüter biliklərinin olması kifayətdir. Tələbələrimiz Photoshop, Adobe İllustrator və Adobe İndesign proqramlarında təsvirlər çəkib, fərqli dizaynlar ortaya çıxarmaq bacarıqlarına yiyələnirlər Tədris saatı 40 saat