İnsan daim gələcək iş və karyera həyatını güvən altına almaq istəyir. Onun üçün də daim gələcəyin peşələrini araşdırır və o sahələrə yiyələnməyə can atır. Belə sahələrdən biri də proqramlaşdırma sahəsidir. Proqramlaşdırma günümüzdə demək olar ki, bütün sahələrə daxil olub. Siz proqramlaşdırma kursu vasitəsilə kod dillərini öyrənməklə dünyanın istənilən ölkəsində iş sahibi ola bilə və ya yaşadığınız məkanı dəyişmədən remote olaraq bu sahədə çalışa bilərsiniz. Siz bu proqramlaşdırma kursu vasitəsilə dünyada çox aktual olan proqramlaşdırma dillərini tam şəkildə mənimsəyə və eyni zamanda kursu müddətində praktiki olaraq verilən tapşırıqlar əsasında təcrübə əldə edə biləcəksiniz. Proqramlaşdırma kursu 3 növdur. Full-stack proqramlaşdırma kursu - bu proqramlaşdırma kursunda sizlər həm back-end, həm də front end öyrənəcəksiniz. Back-end proqramlaşdırma kursu - Burada sadəcə proqramlaşdırmanın back-end bölümünü öyrənəcəksiniz. Front-end proqramlaşdırma kursu - Bu proqramlaşdırma kursunda sizlər isə sadəcə front-end bölümünü öyrənəcəksiniz. Dünya inkişaf etdikcə proqramlaşdırma sahəsi də inkişaf edir. Bu inkişaf iki cür davam edir. Ya proqram dilləri yenilənir, təkmilləşir ya da yeni proqram dilləri yaranır. Proqramlaşdırma özlüyündə iki hissədən ibarətdir. Front-end və Back-end. Frontend Frontend-in dilimizdə qarşılığı "Ön üz"dür. HTML, CSS və JavaScript kimi texnologiyalardan istifadə edərək veb-saytın vizual tərəfini yaradan insanlara front-end developers deyilir. Vebsaytda istifadə olunacaq rənglər, məzmunun tərtibatı, şriftin seçimi və tətbiqi işin bu hissəsinə aiddir. Backend Backend-in dilimizdə qarşılığı “Arxa üz”dür. İstifadəçilərin görmədiyi server tərəfini (Server-side) inkişaf etdirən şəxsdir. Yəni sistemin arxitekturasını yaradan, datalar bazasının idarə edilməsini planlaşdıran, server parametrlərinə cavabdeh olan, sistemin maksimum səviyyədə səmərəli və sürətli işləməsini təmin edən şəxsdir. Back-end texnologiyalarını Python, PHP, Ruby, Java, C#, ASP.NET, MySQL, MS Sql, MongoDB kimi ümumiləşdirə bilərik. Qeyd edək ki, texnologiyalar inkişaf etdikcə bu iki anlayış ortaya çıxdı və zaman keçdikcə öz aralarında şaxələnməyə başladılar. Məsələn, CSS Developer (və ya UI/UX Developer) və JavaScript Developer kimi alt bölmələr ön hissədə görünməyə başladı. Back-end hissəsində Database Developer, Java Developer və ya Software/Application Developer kimi alt parçalanmalar formalaşmağa başladı. Hər iki sahədəki alt dağılmalar əslində ixtisaslaşmaya səbəb olur. Front-end proqramlaşdırma kursu HTML, CSS, SASS, SCSS, Bootstrap: Material Uİ, Javascript, AJAX, GitHub, React, React Strap. Back-end proqramlşadırma kursu C#, ASP.net, MVC, Windows Form, SQL Server, Web APİ, GitHub, FireBase. React.js (redux Hooks) Node.js İstədiyiniz peşəyə sahib olmağa 1 addım!