Oracle SQL

Proqram dünyasında data bazası olmayan hər hansı bir proqramı düşünmək qeyri-real olardı. İş o yerə çatıb ki, təkcə kompüterlərdə deyil, mobil telefonlar və bankomatlar kimi texnologiya ilə bağlı bütün vasitələrdə görünən və ya görünməyən bir data bazası arxa planda işləyir.

 

Bu təlimlə biz yalnız Oracle üçün tərtibatçıların deyil, həmçinin Oracle məhsulları üzrə sorğular aparmalı olan bütün proqram tərtibatçılarının, Verilənlər Bazasının Administratorlarının, İT, İnzibati, Menecerlərin lazımi infrastrukturu əldə etmələrini təmin edirik. Bu təlimdə əhatə olunan mövzular standart SQL mövzularını da əhatə etdiyi üçün digər verilənlər bazalarında işləyənlər də iştirak edə bilərlər.

 

Oracle SQL Developer təlim paketinin məqsədi Oracle SQL və PL/SQL proqramlaşdırma bilən kadr yetişdirməkdir. 4 aylıq təlim müddətində Oracle SQL ilə mürəkkəb sorğuların yazılması, analitik funksiyalar, data modelləşdirmə, PL/SQL proqramlaşdırma və optimallaşdırma praktiki şəkildə tədris olunur.

Təlim proqramı :

  1. SQL (funksiyalar, join-lər, group by, sub-query, analitik funksiyalar, pivot, ierarxik sorğular və s.)
  2. Data modelləşdirmə (məntiqi və fiziki modellərin qurulması)
  3. PL/SQL proqramlaşdırma (prosedur, funksiya, kursor, paket, trigger, xətaların emalı, kolleksiyalar, optimallaşdırma və s.)

İstədiyiniz peşəyə sahib olmağa 1 addım!

Tədris olunur: