Müəllimlər

Rənan Əli

Rənan Əli

Qrafik dizaynın əsasları

“…Uğur səbr edənlər üçündür…”

 

Rəssamlıq Akademiyasını, daha sonra isə Dizayn üzrə Ali Britaniya Məktəbini bitirən Rənan Əli peşəkar fəaliyyətə 1999-cu ildə Anglo-Caspian Publishing nəşriyyatından başlayıb və dövlət qurumları ilə əməkdaşlıqda xüsusi ilə seçilib.

Rənan Əli rüblük neft jurnalı olan “Caspian”; Azərbaycan, Qazaxıstan və Özbəkistanın Prezident kitabları; bir sıra bank və digər dövlət təşkilatlarının illik hesabatları; incəsənət sərgilərinin kataloqlarının ərsəyə gəlməsində birbaşa iştirak edib, müxtəlif yaradıcı müsabiqələr üçün reklam materialları və çap məhsullarının müəllifi olub. Müxtəlif vaxtlarda reklam və rəqəmsal (digital) şirkətlərdə, studiyalarda və təşkilatlarda dizayner və art-direktor olaraq çalışan Rənan veb-saytların, elektron məhsulların interfeyslərinin yaradılması, həmçinin SMM (copywriting və dizayn) idarə edilməsi üzrə təcrübəyə malikdir.

Rənan Əli ADAS-da “Qrafik dizaynın əsasları”-nı tədris edir.