Haqqımızda

https://adas.az/uploads/catalog/536-min.png

Azərbaycan Rəqəmsal Sənət Məktəbi / Azərbaijan Digital Arts School (ADAS) XXI əsr dizayn və proqramlaşdırma tədrisində yeni bir model təklif edir.

Bizim təhsil və təlimə yanaşmamız mühafizəkar xarakter daşımır. Zəngin, beynəlxalq təcrübə əsasında tələbələrə müasir təlim və tətbiqetmə imkanları təqdim etmək üçün çalışırıq.

Məqsədimiz ölkəmizdə qrafik dizayn, proqramlaşdırma, veb dizayn və 2D Animasiya sahələri üzrə peşəkar kadrlar yetişdirmək və təhsil standartlarını yüksəltməkdir.

Tələbələrimizin müvəffəqiyyətləri və təhsil yenilikləri mövzularında düşüncələrimiz missiyamızın əsasını təşkil edir.

 

Tələbə müvəffəqiyyəti

İmkanlarımız genişlənməyə davam edərkən, tələbə demoqrafiyası dəyişir və yeni ehtiyaclar yaranır. Bu çərçivədə ADAS tələbələrə dəstək verərək sinif otağında və kənarda inkişaf etməyə şərait yaradır. Bu təşəbbüsün əsas aspektinə məzuniyyətdən sonrakı dəstək aiddir.

Biz tələbələri ixtisaslaşmış şirkətlərin işi ilə əyani tanış olmaq imkanını təqdim edir, məktəbimizi yüksək göstəricilərlə bitirən tələbələri isə işlə təmin edirik.

 

Təhsildə innovasiya

Biz tədrisi standart proqramla aparmır, peşəkar yanaşma tətbiq edirik. Təhsildə standartların yüksəldilməsi, cəmiyyətimizdə mövcud sənətlərə girişin artırılması və tələbəmizin tələblərinə uyğun dizayn və proqramlaşdırma üzrə tədris proqramlarını inkişaf etdirmək üçün çalışırıq.

 

ADAS-ın intellektual həyatı

Müəllimlərimizin əksəriyyəti müasir yaradıcı mühitin tələblərinə birbaşa bağlı olan mövcud sahəyə yeni yanaşmalar gətirən - peşəkar rəssamlar, proqramçılar, qrafik və veb dizaynerlərdir. ADAS həmçinin humanitar, dəqiq və ictimai elmlərdə zəngin və fərqli akademik biliklərə sahib olan, texnologiya sahəsində iş təcrübəsinə malik intellektual kadrlarla çalışır. 

Tələbələrimiz dünyanın aparıcı təhsil ocaqlarının standartlarına və tədris proseslərinə uyğun tərtib edilmiş proqram əsasında seçdikləri sahə üzrə mütəxəssis olmaq şansı əldə edirlər.