videoya bax Sep 14, 2018 Azerbaijan Digital Arts School - Təhsilə Dair (Müsahibə) ətraflı “Azərbaijan Digital Arts School (ADAS)” məktəbin əsas məqsədi qrafik ve veb dizayn, eləcə də kodlaşdırma sahəsini inkişaf etdirmək və standartları yüksəltməkdir. Burada dizayn işi akademik səviyyədə tədris olunur. Tədrisə həm incəsənət, həm də elmi tərəfdən yanaşılır, professionallar tərəfindən aparılır. “ADAS” da dərslər ümumilikdə coder və qrafik dizayn olmaqla, iki istiqamətdə həyata keçirilir. Dərslər əsasən qrafik dizayn - softing (Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign, Adobe After Effects), qrafik dizaynın tarixi, illüstrasiya, sketching, motion qrafik dizayn fakültələri üzrə tədris olunur. Veb üzrə isə Frontend (HTML, CSS, Javascript) və Backend (PHP və MySQL) tədris edilir. Qrafik dizayn üzrə dərslər dünya üzrə aparıcı qrafik dizayn məktəblərinin tədris sistemi əsasında keçilir.