videoya bax Sep 11, 2018 Azerbaijan Digital Arts School (Təqdimat) ətraflı “Azərbaijan Digital Arts School (ADAS)” məktəbin əsas məqsədi qrafik ve veb dizayn, eləcə də kodlaşdırma sahəsini inkişaf etdirmək və standartları yüksəltməkdir. Burada dizayn işi akademik səviyyədə tədris olunur. Tədrisə həm incəsənət, həm də elmi tərəfdən yanaşılır, professionallar tərəfindən aparılır. “ADAS” da dərslər ümumilikdə coder və qrafik dizayn olmaqla, iki istiqamətdə həyata keçirilir. Dərslər əsasən qrafik dizayn - softing (Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign, Adobe After Effects), qrafik dizaynın tarixi, illüstrasiya, sketching, motion qrafik dizayn fakültələri üzrə tədris olunur. Veb üzrə isə Frontend (HTML, CSS, Javascript) və Backend (PHP və MySQL) tədris edilir. Qrafik dizayn üzrə dərslər dünya üzrə aparıcı qrafik dizayn məktəblərinin tədris sistemi əsasında keçilir. Təhsil haqqını ödədikdən sonra tələbələrə istədikləri dərsdə azad şəkildə iştirak imkanı yaradılır. Bununla yanaşı tipoqrafiyanın əsasları təcrübəli lektorlar tərəfindən tədris olunur. Tədris 13 yaşdan 16-də qədər və 16-dən yuxarı olmaqla 2 yaş qrupu üzrə aparılır: Dərslərə arzu edən hər kəs yazıla bilər. Tədris müddəti ümumilikdə 3 ildir. Bir illik kursu bitirənlərə sonda şəhadətnamə, tam 3 illik təhsil müddətini bitirən məzunlara isə sonda diplom təqdim ediləcək. Eləcə də, məktəbi yüksək nəticələrlə bitirən tələbələrin işlə təmin edilməsinə şərait yaradılacaq. Tədris müddəti oktyabrdan iyun ayınadək davam edəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 Əlaqə nömrəsi (012) 408-54-34 (050/055) 306-54-34 Website : https://adas.az