Müəllimlər

Nuriyyə İsgəndərova

Nuriyyə İsgəndərova

Front-end developer

“…Fəaliyyətimlə sübut etmək istəyərdim ki, proqramlaşdırma sənəti təkcə kişilər üçün deyil…”

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İnformasiya Texnologiyaları və Sistemləri mühəndisi“ ixtisası üzrə məzunu Nuriyyə İsgəndərovanın məktəb illərində riyaziyyata böyük marağı var idi. Bir müddət sonra bu maraq proqramlaşdırma sahəsinə sevgiyə çevrilib. Xanım proqramçı hesab edir ki, Proqramlaşdırma - müasir elmdir və yeni dünyaya addımlamaq istəyən hər kəs bu sahədə ən azı elementar səviyyədə biliklərə malik olmalıdır. "GoldenPay"-da Front-end developer olaraq iş fəaliyyətinə başlayan Nuriyyə hazırda "WebCoder" şirkətində eyni vəzifədə çalışır. O, hesab.az saytının Front-end proqramlaşdırmasının ərsəyə gəlməsində birbaşa iştirak edib. Elə ADAS – da Nuriyyə İsgəndərova Front-end fənni üzrə dərs deyir.