Müəllimlər

Kamran Sadıxov

Kamran Sadıxov

ART

“...Uğur onu gözləməyi bacaranlar üçündür...”

 

İncəsənət Gimnaziyasının “Rəssamlıq” eləcə də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasınnın “Qrafika” fakültələrinin məzunu olan Kamran Sadıxov öz peşəsini elə erkən yaşlarından seçib.

Əvvəl qələm ilə, daha sonra isə peşəkar dizayn proqramları vasitəsi ilə öz fantaziyasını ortaya qoyan Kamran çox zəngin iş təcrübəsinə malikdir. İşlədiyi reklam şirkətləri arasında "Sherq Poyraz", "Altes Plaza", "Accent Advertising" və s. yer alır. "Times colsulting", "Beat Group", "Kokon", "Ideal Parfumery" şirkətlərində isə Kamran Sadıxov kreativ işlər üzrə direktor vəzifəsində çalışıb.

ADAS ailəsinə 2018-ci ildən qoşulan Kamran burada Dizayn Fakültəsində “Kalliqrafiya”nı tədris edir və tələbələrlə öz təcrübəsi ilə bölüşür.