Müəllimlər

Elmibəy Əlizadə

Elmibəy Əlizadə

SOFT

“...Əgər insanın 1 % istedadı varsa, onu çalışaraq 100 % etmək olar...”

 

Rəssam Əli Əliyevin ailəsində dünyaya gələn  Əlizadə Elmibəy Əzim Əzimzadə adına rəssamlıq kollecini daha sonra ADRA-nı bitirib. Peşəkar dizayner kimi iş fəaliyyətinə 1999-cu ildən başlayan Elmibəy Əlizadə  2010-ci ildə "KHAKHI" reklam agentliyini təsis edib.

“Formaggio” jurnalı, “Fatiyev”studio və s. kimi şirkətlərdə art direktor vəzifəsində çalışmış Elmibəy həmçinin “Atanur”, “Setline”, “STP”, “Buxar”, “Orxideya”, “YANAR”, “Xırta-Xırt”, “Bakı Abadlıq”, “Polar”, “BTF”, “WebCoder” kimi şirkət və qurumlarla əməkdaşlıq edib.

Dizaynerin dövlət qurumları ilə də uğurlu iş birliyi olub. O, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eyni zamanda Hökumət Ödəmə Portalı kimi qurumların loqolarının müəllifidir.

Elmibəy Əlizadə ADAS-ın icraçı direktoru olmaqla yanaşı “Dizayn” fakültəsində bir sıra istiqamətlər üzrə dərs deyir.