SEO NƏDİR VƏ NƏ ÜÇÜN FAYDALIDIR?

Saytının Google-də ön sıralarda yer alması hər bir sayt  sahibinin istəyidir.  Çünki ziyarətçilərin böyük bir qismi sayta məhz Google sayəsində gəlirlər.  Bu səbəbdən SEO və ya Axtarış Mühərriki Optimizatoru hər veb master üçün olmazsa olmazdır.  SEO - Search Engine Optimization (Axtarış Mühərriki Optimizasiyası) sözünün qısaltmasıdır. SEO üçün önəmli olan bəzi addımlar vardır ki, bunlara riayət olunması olduqca vacibdir.

-Bunlardan ilki orijinallıqdır. Hazırladığınız veb səhifənin axtarış mühərrikində ön sıralarda çıxmasını istəyirsinizsə, saytın orijinal olmasına önəm verməlisiniz. Yəni səhifənizdə plagiat mövzulara yer verilməməli, sayt içərisində istifadə edilən üslubun sadə olunmasına diqqət yetirilməldir. Belə ki, təhsil səviyyəsindən asılı olmayaraq hər kəs üçün anlaşın dil istifadə olunmalıdır.

- Sayt daxilindəki yazılara və şəkillərə link verilməlidir. Yəni sayt içərisində önəmli görüyümüz səhifələr çarpaz olaraq bir-birinə bağlanmalıdır.Çarpaz bağlanma sayəsində saytınızın Page Rank dəyərini artıra bilərsiniz.

-İstifadə etdiyiniz hər HEAD tag-dan sonra META tag içinə ilk olaraq TİTLE əlavə edilməlidir.

-Eyni zamanda sayta Description tag da əlavə edilməlidir. Description içərisində mövcud səhifə içərisindəki mövzularla əlaqəli açar sözlər istifadə olunmalıdır.

-Veb saytınızda saytın xəritəsi saxlanılmalıdır. Saytınızda mövcud olan bütün səhifələrə link vermək unutumamamlıdır. Bunun sayəsində saytınıza çatan axtarış mühərriki robotları mövcud olan bütün səhifələri tapmağa kömək edəcəkdir. Hər səhifəyə maksimum 50 link vermək məsləhətdir. Link verərkən yaratdığnız səhifələrə bir neçə cümlə də olsa əlavə mətn yazılmalıdır.

-Saytın kod quruluşunda Header tag-ı istifadə olunmalıdır. Header tag-ı içərsində isə sizin üçün önəmli olan açar sözlər yer almalıdır. İstifadə etdiyiniz header tag-ları H1və H2 kimi böyük tag-lar olmasına diqqət versəniz google robotlarının tapması və tanıması daha rahat olacaqdır.

-Ana səhifədə açar sözləri 2% -dən çox olmamalıdır. Açar sözləri limitdən artıq istifadə edərsək, axtarış mühərriki saytımız üçün süni tənzimləmə olduğunu düşünər.

-Sayt içərisində olan şəkillərimizi adlandırarkən kod quruluşundakı açar sözlərdən kənara çıxmamalıyıq.

-Saytınızda Keyword spam və ya keyword stuffing deyilən eyni kəlməni həddindən çox istifadə etməkdən və ya fərqli kəlmələr dağıtmaqdan qaçınmalıyıq. Əks halda saytınızın page rank dəyəri düşər.

-Məhsul səhifələri üçün istifadə etdiyimiz şəkillər png. və ya jpg. olmalıdır. Çünki digər uzantıda olan şəkillər internet sürəti yavaş olan istifadəçilərin kompüterinə gec yüklənir və bu da istifadəçinin saytı tərk etməsinə yol açır.

- Saytınızın məzmunu ilə yanaşı adı da önəmlidir. Yəni domen adı saytın tematikasına uyğun və qısa olmalıdır.

Belə ki, Google sadəcə yuxarıda izah edilən məqamlarla yanaşı domen adına da üstünlük verməkdədir.

Google Analytics

Google Analytics veb səhifəmizdə bütün statistikanı saxlayan bir sistem, mükəmməl bir analitik proqramıdır. Veb səhifənizə yerləşdirəcəyiniz bir kod sahəsində saytınıza gələn ziyarətçilərin, hansı ölkədən gəldiklərindən tutmuş İP adreslərinə qədər hər şeyi öyrənə bilərsiniz.

Eyni zamanda bu statistikalar faizlər şəklində təqdim olunmaqdadır. Bunun sayəsində internet səhifəmizdə hansı mözuların daha aktual olduğunu görərək özümüzü və internet səhifəmizi inkişaf etdirə bilərsiniz.

 

Paylaş
Evisa Baku

Müəllif

Evisa Baku

For the operation of website hosting on a quality server is required that is available to suit the individual inquiries and specificity of activity.

blog_comments : 16

Hərf sayı :
Dec 17, 2018

Evisa Baku

3D DİZAYNER KİMDİR VƏ NƏ İŞ GÖRÜR?

Digər məqalələr