Linoqravüra (linolium və qravüra)- linoleum və ya digər polimer üzərində çəkilmiş və sonra kağız üzərində çap olunmaq üçün istifadə olunan oyma növüdür. XX əsrin əvvəllərində yaradılmışdır, xüsusiyyətlərinə görə ksiloqrafiya çap üsuluna yaxındır.

Yüksək çapın ən sadə növüdür.   İlk dəfə 1905-ci ildə ağac lövhə əvəzinə linoleum istifadə edildi. Belə ki,  alman sənətçi qrupuna böyük plakatlar çap etmək üçün ağacların kəsilməsinə icazə verməmişdi.

Linoqravüra ilə iş prinsipi ksiloqrafiya üsulu ilə demək olar ki, eynidir.

Linoleum düz  səthində (mantar linolyumu 3 mm qalınlığa qədər istifadə olunur), kağızından köçürülmüş nümunəni izləməklə müxtəlif profillər və təsvirlər kiçik bıçaqlarla  işlənir. Daha sonra relyef səthin üzəri  qatı poliqrafiya rəngi ilə örtülür. Nəticədə təsvirin şrtixləri ağ, fon isə qara rəng alır. Ksiloqrafiyada olduğu kimi linoqravüranın əsas effekti ağ və qara rənglərin kəskin kontrastlarındadır. Yaradıcılıq xarakteri ilə ifadələrə, ziddiyyətlərə və lakonizmə meylli olan rəssamlar, linoqravüraya  aşiq olmuşlar.

Bundan əlavə, linoqravüra daha ucuz , kəsilməyə davamlı və rəng ilə işləmək daha asandır.  Ağac oymağından fərqli olaraq, bu, daha dekorativdir: toxunma burada daha təmizdir, hamar və axıcıdır. Ağacdan fərqli olaraq daha hamar səth olduğuna görə təsvir daha təmiz alınır.  Ksiloqrafiyada edilən təsvir sərt olduğu halda, linoqravürda  yuvarlaq olur və sərt sərhədlərə malik olur.

Buna görə kəskin ziddiyyətlərdən qaçınmaq və texnologiyanın məhdudiyyətlərini orijinal və ifadəli bir təsirə çevirmək üçün sənətkarların çarpaz, paralel ləkələrin tətbiqinin yeni üsullarını inkişaf etdirməsi lazım idi.

Linoqravüranın digər illustasiya növlərindən üstünlüyü ondan ibarətdir ki,  o əlnən çəkilən təsvirin onun ilkin canlılığını saxlamaqla tirajlamağa imkan yaradır.

Materiallar

Məişət linoliumu

Linoqravüra üçün linolium

Bu linoliumun üstünlüyü ondan ibarətdir ki, material ştixlərlə işləmək üçün nəzərdə tutulub. Bu təsvirin daha səliqəli və dəqiq kəsilməsinə imkan verir.

Məişət  linoleumunu istifadə edə bilərsiniz, lakin adətən bu linoleum böyük həcmdə satılır. Bundan əlavə, bunun üzərində işləmək da kəsmə təcrübəsini tələb edir.

Linoqravür təsviri çap etmək üçün, mürəkkəb orta dərəcədə qatı və çox sürətli qurulmamayan boya istifadə edilməlidir.

 

İstifadə edilə bilən boyalar:

 

Linoqravüra üçün boya

Poliqrafiya boyaları

Quaş

Akril

Akril- qurutma geciktirici əlavə edərək çap olunur (istədiyiniz konsistensiyanı müəyyən etmək üçün test çap etmək tövsiyə olunur)

Tekstil boyası

Linoqravüra parça üzərində çap etmək imkanı verir.

İki rəngli çap

İki  və daha çox rəngli çap olacaqsa  rəngli forma hər rəng üçün kəsilir. Qalan proses isə eynidır. Çap zamanı rənglərin üst-üstə düşməsi, rənglərin azca qarışması mümkündür,  (çap edən şəxsin təcrübəsinə və səliqəsinə bağlıdır), lakin bu dekorativ effekt kimi də istifadə edilə bilər.

 Çap texnikası

Linoqravüranı necə çap etmək olar?

1. Gələcəyin çapının eskizi düz kağız üzərində yaradılır. Təsvir çap zamanı əldə etmək istədiyiniz şəklin aynadakı əksi olmalıdır  (zerkalnoe otrajenie)

 

2. Təsvir kalkadan linoleuma köçürülür.

3. Marker və ya qələm rəsmin detallarını göstərir. Tez-tez kəsiləcək sahələr tünd  boyanır, bu da kəsmə prosesində xətləri itirməməyə kömək edir.

4. Linoqravra ilə  boyanmaması lazım olan sahələri kəsdirir. Yazıda onlar çap etdikləri kağızın rənginə sahib olacaqlar.

5. Boya  düz bir səth üzərində yuvarlanan rezin rollarda tətbiq olunur. Boya çox qalın olmamalıdır,  əks halda nazik xəttlərə daşacaq, bu da kobud görüntü deməkdir.

6. Hazır roll ilə boya sərh üzərinə bir neçə dəfə çəkilir.

7. Kağız üzərinə təsvir 2 üsulla köçürülə bilər.  Listi linolium üzərinə qoymaq olar - bu üsul qalın kağız üçün uygundur. Bundan başqa siz linoliumu çevirib kağız üzərinə də qoya bilərsiniz.

8.  Təsvirin kağıza keçməsi üçün kağızı lazımi təzyiqdə sıxılmalıdır. Adətən mətbəə aləti istifadə olunur, lakin ev şəraitində qaşıq və yivli alət də istifadə edilə bilər.

9. Təsvirin köçürülməsindən sonra çapa olan kağız qurudulmalıdır.

İMKANLARI

Hal-hazırda linoqravüra müxtəlif sahələrdə- uşaq yaradıcılığından peşəkar dizayna qədər geniş yayılmışdır. Bu texnikanın əsas üstünlüyü olduqca sadə icra olunması, yalnız ştixeldən istifadə edilərək və müxtəlif materiallardan istifadə edilməsi imkanları :kağız, karton, taxta, tekstil üzərində icra edilə bilinməsidir.

 Linoqravüra texnikası istifadə olunur:

Məktəblərdə və sənət məktəblərində oyma sənəti ilə tanış olmaq;

Şəkillər, plakatlar yaratmaq;

Qrafik, tekstil və digər dizayn növlərində;

Rəsmlərin oyma texnikası yaratmaq;

Uşaq yaradıcılığı üçün;

Paylaş
ADAS

Müəllif

ADAS

Azərbaycan Rəqəmsal Sənət Məktəbi / Azərbaijan Digital Arts School (ADAS)

blog_comments : 16

Hərf sayı :
Dec 17, 2018

ADAS

3D DİZAYNER KİMDİR VƏ NƏ İŞ GÖRÜR?

Digər məqalələr