Dizayn nədir?

Dizayn təkcə günlük həyatda istifadə etdiyimiz əşyalar və ətrafımızda gördüyümüz görüntülərdən ibarət deyildir.  Təbii olaraq dünyada mövcud olan hər şey bir formada dizayn edilmişdir. Bir dizaynı və ya dizayn məhsulunu beynimizdə mücərrəd olaraq canlandıra bilərik. Bu dizaynı təfəkkürümüzdə şəkildən-şəkilə sala bilərik və istədiyimiz özəllikləri qataraq bizə xidmət edən bir dizayn məhsulu halına gətirə bilərik.

Fərqli olanı tapmaq, zeynimizdə təsəvvür etmə, bir hadisə və ya əşya haqqında fikir yürütmə, obyektiv yanaşma, kreativ düşünmə, tənqidi yanaşma kimi zeyhni fəaliyyətin dizayn məhsulunun inkişaf etdirilməsində və yaradılmasında önəmli yeri vardır.

Texnologiya inkişaf etdikcə insan həyatında dizayn məhsulları ilə bərabər insanların beyinlərində yer alan ideyalarda inkişaf etməkdədir.

Dizayn sözünü ilk eşitdiyimizdə beynimizdə yaranan anlamlar demək olar ki eynidir.

Dizayn sənətini öz arasında iki qrupa ayıra bilərik.

  1. Real həyatımızda olan dizayn məhsulları: karandaş işləri, qrafit işləri, xəttatlıq, yağlı boya, sulu boya kimi rəng qatabiləcəyimiz yaradıcılıq nümunələri ilə çəkilən tablolar, dizayn məhsulları və s.
  2. Texnoloji mühitdə dizayn məhsulları: Adobe Photoshop, Adobe İllustrator, Adobe İndesign, CorelDRAW, 3DMAX kimi proqramları istifadə edərək inkişaf etdirdiyimiz dizayn məhsulları.

Real həyatımızdakı dizayn məhsulları

Sənət; əyanı və səsli (musiqi, şeir kimi sənətlər) olaraq iki yerə ayrılır. Rəsm, heykəl, qrafit işi və əl sənətləri kimi sənətlər əyani-görünə bilən sənətlərə deyilir. Bu səbəbdən qrafika təhsili incəsənətə aid edilir. Xəttatı, qrafit ustasını, kağız üzərində işləyib nələrsə yarada bilən, eyni zamanda yağlı boya, sulu boya kimi rəngarəng məhsullarla istifadə edib sənət əsəri ortaya çıxaran sənətkar özəlliyinə malik insanlar dizayn sahəsinə xidmət edirlər.

Cəmiyyətdə rəssam, xəttat kimi tanınan bu insanlar təbiətin, əşyanın və ya insanın rəsmlərini öz xəyal gücü ilə mücərrəd və konkret bir yanaşma ilə əks etdirən insanlardır. Bu səbəbdən hər hansı insanın dizayna addım atması üçün onun təsəvvür gücünün yüksək olması ona avantaj gətirə bilər.  Bu işə başlayan insanların 75%-i anadan gəlmə istedada malikdir. Təbii ki sizin də belə bir istedadınız varsa,  bu istedada sahib insaları özləri və ətrafdakılarla kifayətlənməyib (sınırlı qalmayıb)  bu işdə dünyaya səs salmış Pablo Picasso, Samue Palmar, Molnar Janos, Bob Ross kimi sənətkarları müşahidə edib onlardan nümunə götürüb bu istiqamətdə irəliləyin.

Texnoloji mühitdə dizayn məhsulları

Dizayn proqramları bizim rəqəmsal aləmdə rəsm çəkməyimizi, dizayn məhsulları yaratmağımıza imkan verir. Bu proqramlar vasitəsilə bir çox dizayn məhsulları meydana gəlir. İstifadə olunduğu sahə çox genişdir. Cəmiyyətə bu işlə məşğul olan şəxslərə ümumi olaraq Qrafik dizayner deyilir. Qrafik dizaynerlər reklam sahələrində, 3D sahələrində, moda sahəsində - dizayn ilə bağlı bütün sahələrdə yer alırlar.

Reklam billboard-larında, avtobus dayanacaqlarındakı elanlar... bu dizaynlar proqramlarla hazırlanmır və bizə təqdim olunur.  Real həyatda hazırlanan rəsmlərin və s. necə yarandığını demək olar ki hamı bilir. Lakin,  kompyuter mühitində yaradılan dizayn  məhsullarının necə yaradıldığı haqqında hər kəs bilgi sahibi deyil.  Qrafik dizayner olmaq üçün zövq və tələb olunan komputer biliklərinin olması kifayətdir.

Qrafik Dizayn istedadının üzə çıxarılması

Bəzi insanlar həm real həyatımızda həm də rəqəmsal mühitdə gözəl təsvirlər çəkib, fərqli dizaynlar ortaya çıxara bilirlər. Bəzi dizaynerlər isə real həyatda istedadlı olmasa da proqramlarla şah əsərlər meydana gətirir. Bunun bir sirri var: təsəvvür gücü.

Real həyatda insanlar hansı sahədə istedadlı olduğunu bilirlər. Qaraqələm, xətt, portret kimi sahələrdə istedadlı olan insanlar özlərini necə inkişaf etdirəcəklərini də yaxşı bilirlər.

 Lakin, texnoloji mühitdə isə qrafik dizaynı, veb dizaynı bilmək bu qədər asan olmur. Çünki insanın rəhbərə ehtiyacı yaranır. Çox vaxt bu sahəylə bağlı suallar meydana gəlir. Dizaynı necə öyrənə bilərəm, nədən başlamalıyam, veb səhifə necə yaradılır və s.  Bunları bilmək üçün proqramın işləmə məntiqini, hansı formaları, hansı avadanlıqları dəstəklədiyini və s. bilməyimiz lazım gəlir. Bunları bilməmək zaman itkisinə yol açar.

Qrafik dizayn sahəsinə gəldikdə çox vaxt insanlar bir qədər qorxaq və ön fikirli davranırlar. İstedadım yoxdur, xəyal gücüm zəifdir kimi fikirlər ortaya çıxır. Lakin təcrübələrə istinad edərək qeyd etmək olar ki,  bu iş üçün 20% istedad, 80% isə əzm və çalışqanlıq tələb olunur. 

Bu proqram öyrənəcəyiniz bir proqramlaşdırma dili deyil. Müqayisə üçün demək olar ki, proqramlaşdırma dilləri daimi olaraq təkmillədirilməkdə və daimi olaraq yeni frame work-lər, kod kitabxanaları və s. daxil edilməkdədir. Lakin qrafik dizayn proqramlarında vəziyyət fərqlidir. Proqram özəllikləri sabit qalan, özünü yeniləyən bir məhsuldur. Nəticə olaraq bu proqramları öyrənib istifadə etmək çətin deyildir deyə bilərik.

Qrafik dizayn proqramları öyrənilməsində əsl məsələ proqramın istifadə özəlliyidir. Burada əsas məsələ budur:  İstifadəçi stilini və istifadə şəklini özü yaratmalıdır.

Nəticə olaraq Qrafik dizaynı öyrənmək istəyən hər bir insan ilk öncə nədən başlayacağını, hansı proqram ilə işləyəcəyini və hansı detallara diqqət etməli olduğunu bilməlidir. Planlı və mütəmadi çalışan insanlar çətinlik çəkmədən yaxşı qrafik dizayner adını qazana bilərlər.

 

Paylaş
Evisa Baku

Müəllif

Evisa Baku

For the operation of website hosting on a quality server is required that is available to suit the individual inquiries and specificity of activity.

blog_comments : 16

Hərf sayı :
Dec 17, 2018

Evisa Baku

3D DİZAYNER KİMDİR VƏ NƏ İŞ GÖRÜR?

Digər məqalələr