Dünya mədəniyyətlərinin və elmin bir çox sahələrinin inkişafında təsəvvür-xəyal gücünün rolu olduqca böyükdür. Gözlə gördüklərimizi bəzi insanlar ilk öncə  xəyallarında canlandırmış olmasaydı, biz hələ də bir çox texnologiyalardan və kəşflərdən xəbərsiz olardıq.  Bir çox irəli ixtiralar alimlər tərəfindən öz dövrlərində mövcud olanların daha yaxşılarını təsəvvürlərində canlandıraraq sonra xəyallarını gerçəkliyə çevirmək yolu ilə edilmişdir. Buna aid xeyli sayda misallar vardır.

Təsəvvür gücünü inkişaf etdirmənin bir çox üsulları vardır. Bunu günlük həyatımızda da tətbiq edə bilərik. Məsələn, evə gedərkən müxtəlif  yollardan getmək kimi sadə hərəkətlər də işə yaraya bilər. Aqata Kristi romanında olduğu kimi. “O hər gün evə qalxarkən pilləkənləri sayardı”.

Siqnallar çox önəmlidir.  İnsan beyni siqnallardan yola çıxaraq həll yolları axtarır və bu siqnallar beyinə rəsm olaraq düşür. Yəni şəkillər yaddaşda daha qalıcı olaraq qalır. Bu bir növ göz hafizəsinə kimidir. Gəzmək bu səbəbdən önəmlidir.  O, fərqli şeylər görərək siqnalları çoxaltmaq və daha məhsuldar ola bilmək üçün xəyal gücünü inkişaf etdirən amillərdir.

 Bunun yanında “mind mapping” adlı bir təcrübədən də bəhs edilir. Bir çox böyük şirkətlərdə insanlara tətbiq edilmiş, dünyaca məşhur elm adamları tərəfindən istifadə edilən bir üsuldur. Məsələn, üzərində düşündüyünüz mövzunu kağızın tam ortasına, sizin üçün o mövzunu izah edəcək anlamlı və ya anlamısız bir şəkil çəkin. Önəmli olan sizin o şəkli anlamanızdır. Ardından o şəklin ətrafına ok işarələri çıxararaq o mövzunun sizə etdirdiyi işləri yenə anlayabiləcəyiniz şəkillərlə təsvir edin. Daha sonra çəkdiyiniz bu şəkillər üçün də oxlar çıxarıb eynisini təkrarlayın. Beyniniz də bu cür çalışır. İnsan beyni sürətli işlədiyi üçün düşünərkən də tələskən davranır. Arada diqqətdən yayınan detalları bəlkə də biz bu cür tuta bilərik. Buna planlı düşünmə üsulu da deyilə bilər. Yəni bu üsuldan yola çıxaraq beynizidə dizayn etmiş olduğumuz bir çox hadisəni texnoloji mühitdə reallaşdırmadan öncə kağız üzərində çəkə bilərik.

Xəyal gücünü inkişaf etdirmənin ən yaxşı yolu kitab oxumaqdır. Xüsusilə də şəxsi inkişafla bağlı kitablar faydalı ola bilər. Çünki insanın içində mövcud olan məhsuldarlığı ortaya çıxarmağa yararlıdır.  İlk öncə bunu doğru anlamaq gərəkdir. İnsanların qibtə edəcəyi və nümunə alacaqları dizaynlar meydana çıxarmaq istəyirsinizsə böyük düşünməlisiniz və xəyal gücünüzün sərhədlərini aşmalısınız. Bir dizayna-layihəyə başlamadan öncə beynimizi boşaltmalıyıq çünki beyin raha bir şəkildə düşünməlidir. Əgər beynimizi boşaltmadan beyimizdə suallarla və problemlərlə  xəyal gücümüzü ön olana çıxarmağa çalışsaq, istədiyimiz nəticəni əldə olunmaya bilər. Xəyal gücünü bir qabiliyyətdir, o, təcrübə və beyin istifadə edilərək inkişaf etdirilə bilər.  Bəzi dizaynerlər bunun təhsil alaraq inkişaf etdirildiyini düşünürlər lakin əslində belə deyil.

Xəyal gücü istifadə edərək canlandırdıqlarımız bizi irəli aparmaq, var olanın daha yaxşısını tapmaq üçün beynizə daxil olurlar.  Xəyal gücü ağlın hülyası deyildir. Böyük düşüncələr, qüvvətli təsəvvürlər öncə xəyalda yaranır, sonra əl əməklərimizlə həqiqət halına gəlirlər. Xəyal etdiyimiz dizaynın da meydana gəlməsi bu şəkildədir.

Xəyal gücünü inkişaf etdirməkdə istifadə olunanlara mütəxəssilər aşağıdakı kimi göstərirlər:

  • Qeyri-adi düşünün
  • Fokuslanın
  • Müşahidə qabiliyyətinizi inkişaf etdirin
  • Baxış bucağınızı dəyişin
  • Roman və ya elmi fantastika oxuyun
  • Bilərək səyahət edin
  • Beyin firtınaları edin
  • Yumor qabiliyyətinizi inkişaf etdirin
  • Tərsindən düşünün
  • Təbiətlə iç-içə olun

 Bu maddələri həyatımıza daxil etsək gələcəkdə dizayn məhsullarımızda nə qədər faydalı ola biləcəyini görə bilərik.

Sxem olaraq,

Beyin -   Xəyal et  -   Dizayn et  -   Kağızda qeyd et-  Texnoloji mühitdə reallaşdır

Sxemdə yaratmış olduğumuz dizayn məhsulu mərhələli qeyd edilir. Öncəliklə beynimizdə məhsulu xəyal edirik. Daha sonra beynimizdə dizayn edirik və kağıza çəkirik. Ardından kağızda çəkdiyimiz bu məhsulu texnoloji mühitdə hazır hala gətiririk. Nəticə olaraq qeyd edə bilərik ki, əgər insan beynini tam olaraq istifadə edə bilərsə həm xəyal gücü inkişaf edər, həm də böyük düşünərək insanların örnək aldığı bir dizayner statusunu qazanar.

 

Paylaş
Evisa Baku

Müəllif

Evisa Baku

For the operation of website hosting on a quality server is required that is available to suit the individual inquiries and specificity of activity.

blog_comments : 16

Hərf sayı :
Dec 17, 2018

Evisa Baku

3D DİZAYNER KİMDİR VƏ NƏ İŞ GÖRÜR?

Digər məqalələr