3D DİZAYNER KİMDİR VƏ NƏ İŞ GÖRÜR?

3D dizayner kimdir?

Müasir dizaynın ən perspektivli istiqamətlərində biri 3D dizayndır. (qrafik dizaynından istiqamətinə görə fərqlənir). 3D dizaynerlərin işinin qrafik dizaynerlərin işi ilə ümumi tərəfləri olsa da , onların işi vizual effektlərin modellərin, animatorların və digər 3D  işinin xüsusiyyətləri ilə xarakterizə olunur. Bu peşə mütəxəssislərdən 3D redaktorları və peşəkar 3D modelləşdirmə proqramları ilə işləmək üçün yaxşı səviyyədə bilik və təcrübə tələb edir.  Burada mütəxəssis olmaq üçün, xüsusi bir sənət təhsili və bədii yaradıcılıq kifayət deyil.

3 D Dizayner  Xüsusi 3D redaktorlarında üçölçülü model və şəkillər yaradır. Memarlıq, tikinti, mühəndislik, animasiya, reklam və kompüter oyunları sahəsində çalışırlar.

Bir 3D dizaynerin əsas vəzifəsi,virtual məkanda izləyicinin həqiqi şəkildən ayıra biləməyəcək dərəcədə maksimum dəqiqliyi olan real obyektlər yaratmaqdır.

Həqiqi 3D modelləşdirmə mütəxəssisləri sadəcə təsvirlərlə işləmir, onlar ədədləri düşünə bilən  peşəkar mühəndislərdir.

3D üzrə 3 əsas ixtisas mövcuddur.

Vizualizator- sənədlərin, planların, eskizlərin və təsvirlərin əsasında dizayn layihələrini hazırlayan mütəxəssisdir. Bütün layihənin taleyi tez-tez yüksək keyfiyyətli vizuallığa bağlıdır. Vizualizator memarlıq strukturlarından və daxili dizayndan geyim kolleksiyalarına qədər hər hansı bir ideyanı 3D formatına çevirə bilir. Peşəkarlığı müvəffəqiyyətlə həyata keçirmək üçün vizualizator texniki və yaradıcılıq kimi bir çox bacarıqlara sahib olmalıdır. Həcmi-məkanı başa düşmə, üslub hissi, yaradıcılıq zövqü, dizaynın ən son tendensiyalarından xəbərdar olmaq və 3D modelləşdirmə üçün kompüter proqramlarında təcrübəli olmalıdır.

3D animator- oyun animasiya üçün kompüter simvollarını, eləcə də kino çəkiliş və video üçün yüksək poliqonlu modelləri (vizuallaşma qrafik poliqonların köməyi ilə baş verir) yarada bilən mütəxəssisdir. Animasiyanın klassik prinsiplərini istifadə edərək, 3D-animator müxtəlif hərəkətləri yerinə yetirən üçölçülü dinamik obyektləri yaradır. 3D-animatorun müasir kompüter texnologiyasından istifadə etməsinə baxmayaraq, peşənin əsasında Walt Disney zamanından bəri tanınan klassik animasiya prinsiplərinə dayanır.

3D modelyer - həqiqi və xəyali obyektlərin əsasında, ölçüləri və əyriləri, simulyasiya edilən obyektin bütün  qüsurlarına qədər hər bir detaldan istifadə edərək vizual modelləri qurur  mütəxəssisdir. Bu peşə  daha çox yaradıcı insanları - rəssamlar, memarlar, heykəltəraşları cəlb edir. Lakin, peşəkar olmaq üçün, çox işləməlisiniz və tipologiyanın əsaslarını, kölgə və  işıqlandırmanı bilmək lazımdır.

3D dizaynerin vəzifələri:

Obyektlərin 3D modelləşdirilməsi

Tez-tez vəzifə öhdəliklərinin bölünməsi müşahidə olunur. Layihə üzərində onun bədii tərtibatını təmin edən mütəxəssis dizayner və üçölçülü proqramlar vasitəsilə bu layihəni texnoloji şəkildə icra edən vizualizator çalışır. Vizualizator toplanan məlumatlara və müştəri istəklərinə əsaslanaraq obyektlərin 3D modellərini qurur.

Texniki və korporativ 3D təqdimatlar, qrafika, videoların hazırlanması

İncəsənət təhsilinə və yaradıcılıq potensialına malik olan dizaynerlər  kiçik şirkət vəzifələrini də icra edə bilərlər. Dizaynerə təqdimatın vizual 3D-müşayəti, dinamik 3D-qrafiklərin qurulması, təqdimat və korporativ filmlərin istehsalı, reklam və s. hazırlanmasına göstəriş verilə bilər.

Online portallar üçün canlı qrafikin yaradılması

Müasir İnternet texnologiyaları təkmilləşdirilmiş qrafika, qabaqcıl dizayn və çoxölçülü elementlər ilə yeni səviyyəli veb-saytlar və onlayn layihələr yaratmağa imkan verir .Bütün bu məlumatlar saytın daha zərif bir görünüşünü vermək və istifadəçi rahatlığını artırmaq üçün tərtib edilir.

3D dizaynda işləmək üçün lazım olan bacarıq və keyfiyyətlər:

  • Realistik təsvirlərin yaranması prosesinin mahiyyətini anlamaq
  • Bədii üslub bilikləri, üslub hissi
  • Obyektin "xarakterini" təyin edən detalları anlamaq və dəyişmək qabiliyyəti
  • Məkan və anlayışlarının dinamika prinsiplərininin başa düşmək
  • Yüksək poliqonal modelləşdirmə prinsiplərini bilmək, tətbiq etmək bacarığı
  • Qrafik redaktorlarda (3dMax, Maya, Cinema 4D, LightWave, Softimage XSI, Blender, Modo və s.) işləmə bacarığı
  • Texniki heyətlə ortaq bir dil tapma qabiliyyəti
  • İngilis dili bilikləri

Necə 3D dizayner olmaq olar ?

Birincisi, bir ali təhsil müəssisəsində - memarlıq və ya icəsənət fakültələrində 3D dizaynın əsaslarını öyrənmək realistik yanaşmadır. Lakin, bu təcrübəyə bağlı peşədir. Adas məktəbində siz təcrübi şəkildə 3D biliklərə yiyələnə bilərsiniz.

Paylaş
Evisa Baku

Müəllif

Evisa Baku

For the operation of website hosting on a quality server is required that is available to suit the individual inquiries and specificity of activity.

blog_comments : 16

Hərf sayı :

Digər məqalələr